Əl biləyində şiddətli ağrı nədən xəbər verir? - TƏHLÜKƏ

Hazırda oxunan: Əl biləyində şiddətli ağrı nədən xəbər verir? - TƏHLÜKƏ

34255

Əl biləyinizdə şiddətli, mütəmadi yaranan ağrı hiss edirsinizsə, hissiyyat itkisi və ya uyuşma yaranırsa bu, karpal tunel xəstəliyinin xəbərçisi ola bilər. 

Bizim.Media xəbər verir ki, bu bilək, barmaqlarda sinirlərin sıxışması ilə özünü göstərir. Sinirlərin əzələ toxumasına, sümüklərə göstərdiyi təzyiq nəticəsində ağrı meydana gəlir. Adətən 3 barmaqda daha çox müşahidə edilir. 40 yaşdan yuxarı insanlarda daha çox görülür. 

Kimlər daha çox risk altındadır? 

30-60 yaş arası insanlar, 

Xüsusilə qadınlar 

Kompyuterdən çox istifadə edənlər 

Uzunmüddət telefonla danışanlar 

Günün yarısını maşından istifadə edənlər(sürənlər) 

Musiqiçilər 

Dərzilər 

Tennis oyunçuları və s. 

Hansı vəziyyətlər bu xəstəlik riskini artırır? 

Hamiləlik 

Revmatizm xəstəliyi 

Diabet 

Xroniki böyrək çatışmazlığı 

İnfeksiyalar 

Şişlər 

Artıq çəki 

Boyun yırtığı əməliyyatından sonra 

Bilək burxulması problemləri 

Bəs xəstəliyin əlaməti nədir? 

Əlin ilk üç barmağında ağrı 

Baş barmaqda uyuşma hissi 

Qol hərəkət etdirildiyi zaman artan yanma, ağrı hissi 

Bilək ağrıları 

Əl əzələlərində ağrı 

Qoldan çiyinə qədər uzanan ağrı 

Bəs müalicəsi necə aparılır? 

Cərrahi və dərman müalicə üsulundan istifadə edilə bilər. Bu problemdən əziyyət çəkənlərin hər birinin əməliyyat olunması vacib deyil. Bununla yanaşı altda yatan əsas xəstəliklər müalicə edilməlidir. 

Həmçinin edilən bəzi fiziki hərəkətlər də xəstəlik zamanı effektli ola bilər. Bunu vəziyyətinizə, şikayətinizə uyğun həkiminiz təyin etməlidir.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin