ABŞ Qida və Dərman İdarəsi (FDA) Pfizer-BioNTech peyvəndinə tam razılıq verib.
Bizim.Media xəbər verir ki, bununla da Pfizer-BioNTech peyvəndi dünyada Covid-19 əleyhinə tam təsdiqlənmiş ilk peyvənd olub.
MÖVZU İLƏ BAĞLI:
Koronavirusa qarşı təsirli dərman TAPILDI
Peyvəndin yaradıcısı Türkiyəli professor Uğur Şahin, hazırladıqları peyvəndin Delta da daxil olmaqla, hazırda dövriyyədə olan bütün ştammlara qarşı təsirli olduğunu açıqlayıb.
"Buna görə də, hazırda peyvəndimiz üçün heç bir uyğunlaşma işi aparmağı planlaşdırmırıq" - deyə Şahin sözlərinə əlavə edib.
Sözügedən peyvəndə keçən ilin dekabr ayında ABŞ-da təcili istifadə üçün icazə verilmişdi. FDA-nın yeni qərarı ilə Pfizer-BioNTech peyvəndinə 16 yaşdan yuxarı istifadə üçün tam icazə verilib.
Bizim.Media