Avstraliyada avqustun 30-dan əlilliyi olan 12-15 yaşlı yeniyetmələrin koronavirusa qarşı vaksinasiya olunmasına başlanılır.
Bizim.Media xəbər verir ki, bunu ökənin səhiyyə naziri Qreq Hanta deyib.
MÖVZU İLƏ BAĞLI:
Son sutkada neçə nəfər vaksin olundu? - STATİSTİKA
“Dövlət əlillik sığortası sistemində qeydiyyatda olan 12-15 yaş arası yeniyetmələr üçün vaksinasiyanı açırıq. Həftənin sonuna qədər İmmunizasiya üzrə Texniki Məsləhət Qrupundan (ATAGI) təxminən 40 000 nəfərlik bu qrupu peyvənd etmək üçün yaşıl işıq yandıracağı müsbət tövsiyələr gözləyirik”, - deyə Hant Kanberrada keçirdiyi onlayn brifinqdə bildirib.
Bizim.Media