Dünyada tuğyan edən COVİD -19 virusunun “Delta” ştammının mutasiyaya uğramış forması “Delta plus”un yeni simptomları ortaya çıxıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu ştamm baş və boğaz ağrısı, burun axıntısı, öskürək, eşitmə problemləri kimi yeni simptomlara malikdir.
Bəzən isə bu ürəkbulanma, iştahsızlıq kimi fərqli əlamətlərlə də özünü göstərə bilər.
MÖVZU İLƏ BAĞLI:
Koronavirusa qarşı təsirli dərman TAPILDI
Bundan başqa “Delta plus” daha sürətlə yayılır və ağçiyərlərə verdiyi fəsad daha ağırdır. Bu isə ölüm faktlarının artmasına gətirib çıxarır.
Qeyd edək ki, “Delta” ştammı ilk dəfə Hindistanda qeydə alınıb.
Bizim.Media