Oturaq işin fəsadları - DİQQƏT 

Hazırda oxunan: Oturaq işin fəsadları - DİQQƏT 

33248

Əsrin yeni, müasir xəstəliyi – hipodinamiyadır.

Yəni fiziki aktivliyin azalması, oturaq iş, oturaq həyat, bədənin hərəkətsizliyi.

Oturaq həyat asta-asta, zamanla sağlamlığı öldürür, beyini və bədəni kütləşdirir, xroniki xəstəliklər yaranır, qan dövranı pozulur.

Bizim.Media Medicinaya istinadən oturaq işdə çalışanların və evdə gününü keçirənlərin orqanizmində baş verən dəhşətli dəyişiklikləri təqdim edir. 

1. Pis əhval-ruhiyyə, əsəb, depressiya

Havasız kabinetlərdə, ofislərdə, evdə saatlarla qalmaq, bədənin eyni vəziyyətdə olması, dizlərin qatlanması, gözün eyni şeylərə baxması, orqanizmdə oksigen çatışmazlığı beyinin lazimi qədər qidalanmamasına gətirib çıxarır.

Ağciyərlər, beyin, aşağı çanaq orqanlarında qan dövranı pozulur. Bədəndə durğunluq yaranır. Bu da getdikcə insanın xasiyyətini belə dəyişir, onu əsəbi, depression vəziyyətə gətirir.

2. Zəif sümüklər, xəstə oynaqlar

İnsan evdən çıxıb günəş altında gəzməli, qaçmalıdır. Oturaq həyat sümükləri əridir.

3. Yuxusuzluq, beyin dumanlanması, yaddaşsızlıq 

Açıq havada gəzməyən, təbiətdə çalışmayan insanda daim oksigen aclığı olur, başına qan işləmir. Onun yuxusu az, səthi olur, yuxudan doymur və ya heç yata bilmir. Yuxusuzluq isə müxtəlif psixi və fiziki xəstəliklərə səbəb olur. Hormonal balans pozulur, insan kökəlir, piylənir, intelekti azalır, qocalır, daim gərgin, təşvişli olur.

4. Ürək-damar sistemi zəifləyir

Hərəkət etməyən insanın ürəyi zəifləyir, qanın fəlaiyyəti zəifləyir, damarları tutulur.

Bütün bunlardan qorunmaq və xilas olmaq üçün günün ən azı 2-3 saatını bədəni aktiv hərəkətə cəlb etmək, işdə də olsa 15 dəqiqə gəzmək, müxtəlif yüngül dartınma hərəkətləri, gimnastika etmək lazımdır.

İnsanın onurğası 3 saat eyni pozada olmamalıdır. O zatən gecə yuxuda 7-8 saat düz uzanır.

Evin içində iş görən, uşağa baxan evdar qadınlar isə mütləq təmiz havada 5000 addım gəzməyi vərdiş etməlidir. Çalışın, vaxtınız olan kimi pilləkən çıxıb qalxın. Filmlərə, instagrama isə meditasiya pozasında, yerdə bardaş quraraq və ya ayaq üstündə baxın.

Belə həyat tərzinə keçsəniz, cəmi 1 ilə çox müsbət dəyişikliklər görəcəksiz. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin