Bu uşaqlar koronavirusu daha kəskin keçirir

Hazırda oxunan: Bu uşaqlar koronavirusu daha kəskin keçirir

32820

“Koronaviruslu uşağın ağciyələrinin vəziyyəti yaxşıdırsa, evdə müalicə oluna bilər.

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatr Erkin Rəhimov bildirib

Baş pediatrın sözlərinə görə, virusla mübarizə üçün uşaqlar bol maye qəbul etməlidirlər:

“Bədən temperaturu normada saxlanılmalıdır. Uşağa lazımsız antibiotiklər təyin etmək olmaz, xəstə həkim məsləhəti ilə müalicə olunmalıdır. Ağırlaşma olduğu halda, uşaqlar xəstəxanaya yatırılmalıdır. Koronavirus əsasən risk qrupuna daxil olan uşaqlarda ağır keçir.

Bir yaşdan kiçiklər, yanaşı xroniki böyrək, ürək, ağciyər xəstəliyi olanlar, serebral iflic, xərçəngdən əziyyət çəkənlər COVID-19-u ağır keçirə bilərlər.

Həmçinin artıq çəkili uşaqlarda infeksiyanın əlamətləri digərlərinə nisbətən daha kəskin olur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin