“Bir neçə peyvənd, o cümlədən Azərbaycanda da istifadə edilən "SinoVac" və "Pfizer" vaksinləri bəzi ölkələrdə uşaqlar üzərində sınaqdan keçirilib”.
Bizim.Media xəbər verir ki, bunu bunu Səhiyyə Nazirliyinin baş pediatr Erkin Rəhimov bildirib.
MÖVZU İLƏ BAĞLI:
“Bu uşaqlara COVİD-19 peyvəndi vurula bilər” - Baş pediatr
Baş pediatrın sözlərinə görə, tədqiqatlar göstərib ki, "Pfizer" peyvəndi 12-15 yaşlı uşaqlarda tətbiq edilə bilər:
“Həmin peyvəndin uşaqlarda yan təsirləri və effektivliyi böyüklərdəki kimidir. "Pfizer" istehsal edən şirkət tədqiqatların daha dəqiq və ətraflı nəticəsini sentyabrın sonunadək açıqlayacaq. Ola bilər ki, Azərbaycanda da bir neçə ay sonra uşaqların peyvəndlənməsinə başlanılsın. Bu addımı atmadan öncə əlimizdə çoxlu dəlillər olmalıdır. Bunun üçün müəyyən vaxt lazımdır".
Bizim.Media