Həddindən çox soyuq su içmək orqanizmin sağlamlığına mənfi təsir göstərir. Həkimlərin dediyinə görə, tərləyən zaman bədəndəki su nisbəti 1 faiz azalır və nəticədə susuzluq yaranır.
Bu zaman boğaz quruyur və soyuq su içmək istəyi yaranır.
Bizim.Media bildirir ki, həkim-terapevt Taleh Abbasov deyib: "Soyuq su, ilk növbədə, ağız boşluğunun selikli qişasına mənfi təsir göstərir. Eyni zamanda, həzm sisteminin funksiyası da pozulur, xüsusilə də yemək zamanı soyuq su içmək zərərlidir.
Yemək qəbulu zamanı soyuq su içilməsi mədədə olan qidanın xeyli hissəsinin qovulmasına səbəb olur və aclıq hissinin daha tez yaranmasına və daha çox yemək qəbul edilməsinə və bu da piylənməyə səbəb olur. Soyuq su içmək ürək-damar sistemində də ciddi problemlər yaradır, həmçinin başağrısı, miqreni olanlar üçün də zərərlidir.
Ona görə suyun temperaturuna fikir vermək lazımdır. İstilik mübadiləsi prosesinin tənzimlənməsi üçün otaq temperaturuna yaxın su qəbul etmək lazımdır".
Onun dediyinə görə, dişlərin sağlamlığını qorumaq üçün də soyuq su içməkdən uzaq olmaq məsləhət görülür, çünki bu zaman dişin emalı zədələnir və kariyes yaranır.(Azərtac)
Bizim.Media
- A-
- A
- A+
COP29
02:10 / 13.08.2021
Soyuq su içməyin fəsadları
Hazırda oxunan: Soyuq su içməyin fəsadları
Hazırda oxunan: Soyuq su içməyin fəsadları
32440
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.