Azərbaycanda koronavirusa yoluxma və ölüm sayı artdı - GÜNLÜK STATİSTİKA 

Hazırda oxunan: Azərbaycanda koronavirusa yoluxma və ölüm sayı artdı - GÜNLÜK STATİSTİKA 

32062

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1736 yeni yoluxma faktı qeydə alınıb, 435 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 354662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 335771 nəfər müalicə olunaraq sağalıb, 5084 nəfər vəfat edib, aktiv xəstə sayı 13807 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10081, ötən müddət ərzində isə ümumilikdə 4133796 test aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin