Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1196 yeni yoluxma faktı qeydə alınıb, 219 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 348074 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 333913 nəfər müalicə olunaraq sağalıb, 5043 nəfər vəfat edib, aktiv xəstə sayı 9118 nəfərdir. Ölkədə son sutka ərzində 13046 hazırkı dövrədək isə 4083746 test aparılıb.
Bizim.Media