BU QİDALAR sizi bağırsaq xərçəngindən qoruyacaq – SİYAHI

Hazırda oxunan: BU QİDALAR sizi bağırsaq xərçəngindən qoruyacaq – SİYAHI

31177

Əsrimizin ən qorxunc düşməni xərçəng xəstəliyi hər il milyonlarla insanın həyatına son qoyur. Bu xəstəliklə bütün dünyada müxtəlif üsullarla mübarizə aparır. 

Mütəxəssislərin fikrincə, bu mübarizədə ən böyük məsuliyyət seçdiyimiz qidaların üzərinə düşür.  

Həkim-fitoterapevt Fizuli Hüseynov bağırsaq xərçənginin yaranmasının qarşısını aln qidaların siyahısını açıqlayıb. Həkimin bildirdiyinə görə, gündəlik qida rasionumuza aşağıda adları çəkilən qidaları daxil etsək bağırsaq xərçəngi kimi ağır xəstəliyə tutulma riskini xeyli azaltmış olarıq.

Kefir 

Gündə 1-2 stəkan kefir içməyə vərdiş edin. Kefiri özünüz evdə təbii inək südündən hazırlayıb içə bilərsiniz. 

Qatıq

Təbii evdə hazırlanmış qatıq gün ərzində 1-2 stəkan içə bilərsiniz. 

Zəyərək toxumları

Gün ərzində 1 xörək qaşığı zəyərək toxumunu yeməklərinizə və ya salatlarınza səpib yeyin. 

Sarıkök 

Çalışın yeməklərinizə sarıkök əlavə edəsiniz. Yemək bişənə yaxın ona sarıkök tozunu səpib 3-4 dəq bişirməyə davam edib oddan götürün. Sarıkökü bu cür istifadə etsəz, xeyri daha çox olar.

Limon şirəsi və zeytun yağı 

Hər gün yeməkdən əvvəl kələm, kök və çuğundurdan ibarət qarışıq salat hazırlayıb, üzərinə limon şirəsi və rafinə olunmamış zeytun yağı əlavə edin. Bu həm həzm prosesini yaxşılaşdıracaq, həm də bağırsaqlarda qalan zəhərli toksinləri təmizləyəcək.

Kələm turşusu

Bir həftəyə başa gələn kələm tutması yeyin. Turşunu təbii alma sirkəsi və iri dənəli duzla hazırlayın. 

Bol bol meyvə və tərəvəz göyərtilər yeməyə vərdiş edin

Tərəvəz, meyvə və göyərtilərin tərkibində sellülozalar var. Bu maddə bağırsaqları zəhərli toksinlərdən və mikroblardan təmizləyir. Bundan başqa onların tərkibi bağırsaq üçün xeyirli olan inulinlə zəngindir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin