İnsan bir ildə 5 dəfə koronavirusa yoluxa bilər

Hazırda oxunan: İnsan bir ildə 5 dəfə koronavirusa yoluxa bilər

3071

Bunu professor, pulmonoloq Əlizamin Sadıqov Bizim.Media-ya müsahibəsində deyib. Bildirib ki, xəstəlik nə qədər yüngül və ya simptomsuz keçirsə, yaranan immunitet də zəif olur və yenidən yoluxma riski böyükdür: 

“Xəstəlik nə qədər ağır keçirilirsə, immun sistemi daha mükəmməl mübarizə aparır. Güclü immunitet yaranır. Belə insanlar təkrar yoluxmaya bilər. Yoluxsa da 1,5-2 il sonra baş verə bilər”.

Həkim qeyd edir ki, xəstəlik yüngül gedişatlı olarsa, orqanizmdə antibodilərin, anticismlərin konsentrasiyasını müqayisə etdikdə göstərici 4 olursa, ağır keçirənlərinki yüzlərlə olur. Bu da gələcəkdə COVID-19-a təkrar yoluxmaya birbaşa təsir göstərir. Bu baxımdan bir adamın il ərzində 4-5 dəfə yoluxmaq ehtimalı var.

Təranə Mirzəyeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin