Məşhur həkim koronavirusdan qorunmağın SİRRİNİ AÇDI 

Hazırda oxunan: Məşhur həkim koronavirusdan qorunmağın SİRRİNİ AÇDI 

30702

Məşhur fransalı dietoloq Pyer Dükan koronavirusdan qorunmağın yollarını açıqlayıb. 

Bizim.Media xəbər verir ki, o, bu mübarizədə C vitamininin insanların köməyinə çatacağını deyib. Həkim gündəlik bu vitamini qəbul etdiyini bildirib. 

"Vitaminin adi dozası bir qramdır. Lakin virus intensiv dövran etdikdə onu iki qrama qədər artırmaq lazımdır". 
 

MÖVZU İLƏ BAĞLI:

Dünyada koronavirusla bağlı SON STATİSTİKA


Fransalı dietoloq qeyd edib ki, özündə boğaz ağrısı və ya soyuqdəymənin simptomunu hiss etdikdə vitaminin dozanını 3 qrama qədər yüksəldir. 

Eyni zamanda P. Dükkan bildirib ki, soyuq havada mütləq burundan nəfəs almaq lazımdır. Çünki bu infeksiyanı dayandırmağa imkan verir.  

Bundan başqa həkim insanlara sağlam qidalanmanı da tövsiyə edib. O, zülalları, yüksək yağ tərkibli balıqları, toxum və tərəvəzləri də qida rasionuna daxil etməyi də tövsiyyə edib.  Həkim insanları karbohidrat və işlənmiş qidalardan da uzaq durmağa çağırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin