Azərbaycanda 12 yaşdan yuxarı uşaqlar peyvəndlənə bilər.
Bizim.Media xəbər verir ki, bu sözləri ARB24-ün "Nə baş verir?" verilişinə açıqlamasında Almaniyada fəaliyyət göstərən həkim Ümüd Səlimzadə deyib.
O bildirib ki, Almaniyada uşaqların peyvəndlənməsi prosesində “Biontech/Pfizer” peyvəndindən istifadə edilir:
"Bu peyvənd sözügedən yaş aralığında olan uşaqlara vurulur, effekti də yaxşıdır. Fikirləşirəm ki, əgər həmin peyvəndin 12-18 yaş aralığında olan şəxlərə vurulmasına icazə verilirsə, nəinki Azərbaycan, bütün dövlətlər bundan istifadə edə bilərlər. Hətta tez-tez eşidirəm ki, hamilə və südverən qadınlarda “Biontech/Pfizer" və "Moderna” peyvəndlərinin heç bir əks göstərişi müşahidə olunmayıb. Almaniya bu peyvəndlərin həmin qadınlara vurulmasına icazə verib".
Həkim onu da bildirib ki, müəyyən yaş qruplarının ən 50 faizi peyvəndlənəndən sonra peyvənd rezervi olarsa, çox güman ki, daha aşağı yaş qrupları da peyvəndlənəcək.
Bizim.Media
- A-
- A
- A+
COP29
12:01 / 30.07.2021
Hamilə qadınlar və 12 yaşdan yuxarı şəxslər peyvəndlənə bilər ? - Həkimdən AÇIQLAMA - VİDEO
Hazırda oxunan: Hamilə qadınlar və 12 yaşdan yuxarı şəxslər peyvəndlənə bilər ? - Həkimdən AÇIQLAMA - VİDEO
Hazırda oxunan: Hamilə qadınlar və 12 yaşdan yuxarı şəxslər peyvəndlənə bilər ? - Həkimdən AÇIQLAMA - VİDEO
30460
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.