Gecə yatmazdan qabaq yeyə biləcəyimiz QİDALAR

Hazırda oxunan: Gecə yatmazdan qabaq yeyə biləcəyimiz QİDALAR

28233

Yeməkdən sonra stressli, gərgin, yorğun olduğunuz anlarda mədəniz sizi başqa qidalar da qəbul etməyə vadar edir.

Bizim.Media xəbər verir ki, bu zaman ağır, yağlı, bol ədviyyatlı yeməklər gecə pis yatmağınıza və mədənizdə ağrıların yaranmasına səbəb ola bilər.

Gecə yatmazdan əvvəl yeyə biləcəyiniz 4 qidanı təqdim edirik:

 Saçaqlı pendir

Az yağlı və zülallarla zəngin olan bu pendir növü sizi tox tutmağa yardımçı olacaq. Yanında 1 dilim qızardılmış çörək, üzüm və xiyar yeyə bilərsiniz. 

Fındıq, fıstıq, qoz

Maqneziumla zəngin olan qoz əsəbləri sakitləşdirir

Bu qidalar özündə gözəl və sağlam yuxu təmin edən melatonin ehtiva edirlər. Fıstıq isə yaxşı yatmanıza kömək edəcək və sizi tox tutacaq

Meyvəli yoqurt

Sizi tox tutmaqla yanaşı qandakı şəkəri azaldır, həzm prosesinə yardımçı olur. Bal, fındıq, fıstıq kimi qidalar da əlavə edərək fərqli dadlar əldə edə bilərsiniz. 

Popkorn

Duz və zeytun yağından az istifadə edərək yediyiniz partladılmış qarğıdalı sizi gecə boyunca tox tutacaq.

Hətta onu hissələrə bölərək saxlaya da bilərsiniz. Bu zaman film izləyərkən fərqində olmadan həddindən çox qəbul etməmiş olarsınız.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin