Çoxlarının adi xəstəlik kimi gördüyü qrip əslində hər dəfəsində insanın bir orqanizminə mənfi təsir göstərir.
Bizim.Media xəbər verir ki, türkiyəli mütəxəssis, kardioloq Ahmet Karabulut qripin ən çox ağciyər və ürəyə mənfi təsir göstərərək iz buraxdığını bildirib.
Qrip virusunun növünə görə ürəkdə yaranan problemlər də fərqli olur. Mütəxəssis ən çox 20-50 yaş arası kişilərdə ürək qripinin müşahidə edildiyini qeyd edib. Səbəbi isə ürək-damar xəstəliklərinin kişilərdə daha çox meydana çıxması və kişi ürəyinin belə xəstəliklərə qarşı həssas olmasıdır.
Ürək qripi nə üçün təhlükəlidir?
Ürək qripi zamanı yaranan boğaz ağrısı, halsızlıq kimi əlamətlər bir müddətdən sonra sinə ağrısı, döyüntü, nəfəs darlığı ilə əvəzlənir. Kürək üstə yatan adamlarda bu daha da şiddətlənə bilər. Bu səbəbdən yaranan boğaz ağrısına adi baxılmamalıdır. Çünki diqqət edilməsə ürək əzələləri tutula bilər. Qrip virusu adətən ürəyə yerləşir. Bu da ürək ətrafında su toplanmasına səbəb yaradır. Şiddətli nəfəs darlığı, yüksək təzyiq, ağciyərdə su toplanması kimi problemlər meydana çıxır.
Qeyd edək ki, hər zaman ürəyə təsir edilən və nadir görülən virusların çoxu qriplə yoluxur. Və bu virusu öldürmək üçün qrip peyvəndi faydasızdır.
Bunun üçün həkimlər bu riskdən qorunmaq üçün qrip əleyhinə vasitələrdən istifadə etməyi məsləhət görürlər. Qoruyucu maskalardan istifadə etmək mümkündür. Qrip olan şəxslər də xəstəliyi sadə formada keçirmək üçün çalışmalıdırlar. Bəzi vitaminlər qripə qarşı immuniteti gücləndirdiyi üçün mütəxəssislər tərəfindən buna icazə verilir.
Bizim.Media
- A-
- A
- A+
COP29
11:02 / 08.07.2021
Ürək qripi nə üçün təhlükəlidir? – HƏKİM MƏSLƏHƏTİ
Hazırda oxunan: Ürək qripi nə üçün təhlükəlidir? – HƏKİM MƏSLƏHƏTİ
Hazırda oxunan: Ürək qripi nə üçün təhlükəlidir? – HƏKİM MƏSLƏHƏTİ
27824
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.