Nanə dünyada 25-30 qədər növü olan, sağlamlıq baxımından son dərəcə faydalı, xoş qoxulu bir bitkidir. Daha çox nəmli yerləri sevir.
Nanə iştahı açır. Sinirləri yatırır və bədənə rahatlıq verir. Stressə və baş ağrısına yaxşı təsir edir. Spazm və ürək tutması riskini azaldır.
Qızdırmanı salır. Həzm sistemi və mədə üçün çox faydalıdır. Həzmi asanlaşdırır. Qrip, bronxit, öskürək zamanı faydalıdır. Diş ağrısını və ağız qoxusunu aradan qaldırır.
Bizim.Media bildirir ki, nanə salat və yeməklərə gözəl qoxusu və fərqli dadıyla ayrı bir ləzzət qatmaq üçün quru, ya da təzə olaraq qatıla bilər. Bundan əlavə, nanə çayı həzmi asanlaşdırmaq üçün yeməklərdən sonra içilə bilər.
Nanədən əldə edilən nanə yağı da müxtəlif məqsədlərlə istifadə edilməkdədir. Yarpaqlarından hazırlanan nanə çayı sakitlik verir. Soyuqdəyməni və ürək bulanmasını aradan qaldırır.
Nanənin sakitləşdirici təsiri nanə yağı üçün də etibarlıdır. Nanə yağı dəridəki yanıq ləkələrini aradan qaldırmaqda və soyuqdan qaynaqlanan şişlikləri endirmədə təsirlidir. Nanə qaynadılıb buxarı iylənilsə, tənəffüs yollarını açar və soyuqdəyməyəni sağaldar.
Bizim.Media
- A-
- A
- A+
COP29
06:00 / 03.07.2021
Bu bitki sinirlərin dostudur
Hazırda oxunan: Bu bitki sinirlərin dostudur
Hazırda oxunan: Bu bitki sinirlərin dostudur
27149
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.