"Arıqladıqdan sonra teatrdakı rollarımı itirdim"

Hazırda oxunan: "Arıqladıqdan sonra teatrdakı rollarımı itirdim"

27015

Plastik əməliyyatla arıqlayan Əməkdar artist Nahidə Orucova arıqladıqdan sonra rollarını itirib.

Bizim.Media xəbər verir ki, aktrisa bu haqda "6/8 axşam şousu" proqramında danışıb.

O, aparıcı Mətanət Əliverdiyevanın "Arıqladıqdan sonra film, seriallara dəvət alırdın" sualına belə cavab verib:

"İndi bir az kökəlmişəm, çox arıqlamışdım. Arıqladıqdan sonra filmlərə, seriallara dəvət almadım. Teatrda elə obrazlar oldu ki, imicimə görə onu itirdim. Amma mənə elə gəldi ki, yeni imiclə özümü tapdım".

Qeyd edək ki, N.Orucova səhhətində yaranan problemlərə görə arıqlamalı olub. O, mədəkiçiltmə əməliyyatı etdirərək 60 kiloqram çəki atmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin