Bakıda 70 yaşlı kişi itkin düşüb.
Bizim.Media “Oxu.az”a istinadən xəbər verir ki, hadisə Xətai rayonu ərazisində baş verib.
1959-cu il təvəllüdlü Fatma Səttar qızı İmanova ərizə ilə Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinə müraciət edərək, qardaşı, Rusiya Federasiyası vətəndaşı olan 1955-ci il təvəllüdlü Həsən Səttar oğlu İmanovun avqustun 23-də yaşadığı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 14A, mənzil 19 ünvanından gedərək geri qayıtmadığını bildirib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsində araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
COP29
10:00 / 12.09.2025
Rusiya vətəndaşı Bakıda itkin düşdü
Hazırda oxunan: Rusiya vətəndaşı Bakıda itkin düşdü
Hazırda oxunan: Rusiya vətəndaşı Bakıda itkin düşdü
270025
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.