İsti hava ürəyə necə təsir edir? – Bu xəstələr ehtiyatlı olsun

Hazırda oxunan: İsti hava ürəyə necə təsir edir? – Bu xəstələr ehtiyatlı olsun

26394

Havanın 40 dərəcəni keçməsi ürək-damar sisteminə mənfi təsirini istər-istəməz göstərir. Bu hətta sağlam və gənc insanlarda da rast gəlinir.

Bizim.Media medicina.az-a istinadla havanın istiliyindən ürəkdə nə baş verdiyini təqdim edir.

- İstidən damarlar genişlənir ki, bədənin artan istiliyini ətrafa ötürsün. Bundan qaynaqlanaraq bədəndə kapilyar partlamaları, ulduzcuqlar, göyərmələr görülə bilər.

Ayaqlarında varikoz olanların ayaqlarında ağırlıq, ağrı, baş ağrıları baş verə bilər. Venoz qan problemi olanlarda aşağı ətraflardan başa və əksinə qan dövranında çətinlik yaranır. Ona görə onların ürək və başına isti havalarda normal qan axımı olmur.

- Tərləmə ilə bədən duz və su itirir, kaliy, maqniy yuyulur. Bu da dövr edən qanın miqdarını azaldır, nəticədə tromb yaranma riski artır. Bu zaman bədənin su, duz balansını tənzimləmək, həmişəkindən çox miqdarda adi su qəbul etmək lazımdır.

- Damar problemi olanlarda ödem, bədəndə şişkinlik, maye durğunluğu yarana bilər

- Ürəyi normal insanlarda isti havada əslində təzyiq aşağı düşməlidir, çünki damarlar genişlənib.

Lakin qan dövranınsa balansı düzəltmək üçün daha tez-tez yığılıb açıldığından taxikardiya, ürəkdöyünmə, ritmin artması baş verəcək.

Ürəyin əsas koronar damarlarında dəyişiklik varsa, onlar istiyə uyğun olaraq genişlənib qanı qova bilməyəcək. Bu zaman ürək və ya beynin işemiyası, infarkt riski artır.

-Arterial hipertenziya xəstələrində təzyiqin göstəriciləri daha da yüksəlib arta bilər

- Qanda elektrolitlərin miqdarının çoxalması aritmiyanı qıcıqlandırır

Bəs xəstə insanlar nə etməlidir:

- Suyu artırmalı

- Sərin, kölgəli, rahat yerdə olmalı

- Çox uzanmamalı, hərəkətdə olmalı

- Çölə çıxmamalı, fiziki iş görməməli

- Təzyiqi, şəkəri, mayeni nəzarətdə saxlamalı

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin