“100 faiz təsirli peyvənd yaratmaq mümkün deyil” - Mütəxəssis

Hazırda oxunan: “100 faiz təsirli peyvənd yaratmaq mümkün deyil” - Mütəxəssis

26107

“100 faiz təsirli bir peyvənd yaratmaq, demək olar ki, mümkün deyil”.

Bizim.Media Səhiyyə Nazirliyinin saytına istinadla xəbər verir ki, bunu  Milli İmmunlaşdırma Ekspert Məsləhət Komissiyasının sədri Hüseyn Qabulov deyib.

Onun sözlərinə görə, bunun səbəbi virusların yeni mutasiyalarıın üzə çıxması və hər bir orqanizmin fərdi keyfiyyətlərə malik olmasıdır:

“Peyvəndlərin təsir mexanizminə gəldikdə, vaksinlər həm infeksiyanın inkişafının qarşısını almaq, həm də xəstəliyin şiddətini azaltmaq üçün çox vacibdir. İzah edim. Peyvəndlənmiş şəxs də xəstəliyə yoluxa bilər, lakin xəstəliyi çox yüngül keçirəcəkdir. Məsələn, bir peyvəndin 90 faiz təsirli olduğu təsdiq edilirsə, bu, peyvəndlənmiş insanın peyvənd edilməmiş insana nisbətən xəstəliyin simptomlarına 90 faiz daha az məruz qalacağı deməkdir.

H. Qabulov COVID-19-a qarşı vaksinin insanın DNT-sini dəyişdirməsi ilə bağlı səsləndirilən fikirlərə də aydınlıq gətirib. 

O, vaksinasiya zamanı DNT-hüceyrələrin hər hansı bir təhlükə ilə qarşılaşmasının mümkün olmadığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin