Səbəbsiz tərləmə parkinson xəstəliyininin əlaməti ola bilər.
Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, bu barədə Amerika Parkinson Xəstəlikləri Assosiasiyası məlumat verib.
ABŞ alimlərinin araşdırmaları nəticəsində məlum olub ki, hədsiz tərləyən insanlarda parkinson xəstəliyi inkişaf edir.
Parkinson mərkəzi sinir sisteminin degenerasiyası xəstəliyidir. Əsas əlamətləri zehni və nevroloji pozğunluqlar fonunda motor aktivliyinin pisləşməsi, əzələ sərtliyi, duruş pozğunluğu və tarazlığın itirilməsi kimi hərəkət pozğunluqlarıdır.
Qeyd olunur ki, parkinson xəstəliyinin simptomları dərhal hiss olunmur, tədricən inkişaf edir.
Mütəxəssislər tövsiyə edir ki, həddindən artıq tərləmə əlamətləri varsa, həkimə müraciət edilməlidir.
Təranə Mirzəyeva, Bizim.Media