Danimarkada mutasiyaya uğramış daha güclü yeni növ koronavirus aşkar edilib.
Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, Cluster-5 adlanan və insandan-insana ötürülən bu virus əsasən Danimarkanın şimalında, Jutland bölgəsində və Avropanın digər regionlarında yayılıb.
ÜST-ün fövqəlada hallar proqramının icraçı direktoru Maykl Rayan Danimarkada koronavirusa yoluxmuş bir çox insanın olduğunu və virusda bəzi genetik dəyişikliklərin olduğu barədə məlumat verib.
Virus klinik əlamətlərinə, ağırlıq dərəcəsinə və yoluxuculuq qabiliyyətinə görə digər koronavirus növlərinə bənzəsə də, əvvəllər müşahidə olunmayan bir mutasiya tərkibinə malikdir.
Cluster-5 virusunun əlamətləri yeni növ koronavirusda olduğu kimi hərarət, baş, sinə ağrısı və quru öskürək kimi oxşardır.
Danimarkanın Baş naziri Mette Frederiksen bildirib ki, mutasiyaya uğramış virus orqanizmin antikor yaratmaq qabiliyyətini zəiflədir və COVID-19 üçün hazırlanan mövcud peyvəndləri potensial olaraq təsirsiz hala gətirir.
Təranə Mirzəyeva, Bizim.Media
- A-
- A
- A+
COP29
19:05 / 10.11.2020
Daha güclü koronavirus növü aşkarlanıb
Hazırda oxunan: Daha güclü koronavirus növü aşkarlanıb
Hazırda oxunan: Daha güclü koronavirus növü aşkarlanıb
2405
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.