Çiyələyin faydaları və zərərləri

Hazırda oxunan: Çiyələyin faydaları və zərərləri

23067

Kalium və maqnezimla zəngin olduğuna görə, çiyələk ürək-damar sistemi üçün çox faydalıdır - ürəyin fəaliyyətini yaxşılaşdırır, damarları möhkəmləndirir, "pis" xolesterolun səviyyəsini aşağı salır.

Çiyələk C vitamini ilə də olduqca zəngindir. C vitamini orqanzmin normal fəaliyyəti üçün ən vacib vitaminlərdən biridir.

Həmçinin C vitamini güclü antioksidantdır ki, orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi cavanlaşdırır.

Bizim.Media xəbər verir ki, fol turşusu, dəmir və mislə zəngin olan çiyələk qanın tərkibini yaxşılaşdırır, anemiya (qanazlığı) zamanı faydalıdır.

Çiyələk təbii antidepressantdır. Bu giləmeyvənin qoxusu və dadı insanın əhvalını yaxşılaşdırır, stressi azaldır, insanı daha gümrah edir.

Çiyələk bütün dünyada güclü afrodiziak (cinsi həvəsi artıran məhsul) kimi tanınır.

Bütün bu faydalı xüsusiyyətlərə baxmayaraq çiyələk kifayət qədər təhlükəli məhsuldur. Belə ki, çiyələk tez-tez zəhərlənmə və allergiyalara səbəb olur.

Öz təbii mövsümündən tez yetişdirilmiş çiyələk çox ziyanlıdır. Çiyələyi mümkün qədər tez yetişdirmək üçün istehsalçılar müxtəlif ziyanlı maddələrdən (nitrat, hormonlar) istifadə edir ki, bu maddələr sağlamlığımıza ciddi ziyan vurur.

Xaricdə çiyələyin yetişdirilməsi zamanı tez-tez gen mühəndisliyi "nailiyyətlər"indən istifadə olunur - çiyələyin tərkibinə digər bitkilərin, hətta balıqların və s. genləri daxil edilir. Bu səbəbdən xaricdən gətirilən və aylarla xarab olmayan çiyələyi istehlak etmək xüsusilə təhlükəlidir.

Çiyələk çox tez xarab olur. Xarab olmağa başlayan çiyələyi dərhal atmaq lazımdır ki, belə çiyələyin istehlakı ağır zəhərlənməyə səbəb ola bilər.

Çiyələyi seçərkən ənənəvi sortlara üstünlük verin, yerli mal alın və çiyələyi yalnız mövsümdə yeyin.

Sağlamolun 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin