COVID pasporu olmayanlar bir sıra ticarət məkanlarına, müəssisələrə daxil ola bilməyəcək, çimərliyə buraxılmayacaqlar. Bundan əvvəl isə Azərbaycanda bəzi təşkilat və müəsssilərdə çalışanlar üçün peyvənd olunmaqla bağlı tələbin qoyulduğu məlum idi.
Vaksinasiya başlanan zaman onun könüllülük əsasında həyata keçiriləcəyi bildirilirdi. İndi də açıq formada “peyvənd olunmaq məcburidir”, deyə bir bəyanat verilmir.
MÖVZU İLƏ BAĞLI:
“Antiteli olanlara da COVID pasportu verilməlidir” – QAYDASI
Amma qoyulan məhdudiyyətlərlə insanlar buna məcbur edilirlər. Əslində bu təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Koronavirusun yayılması, daha sonra kütləvi vaksinasiyanın həyata keçirilməsi istiqamətində həyata keçirilən addımlar bir daha bütün dünyanın idarəçiliyinin hansısa güclərin, maliyyə maqnatların əllində olduğu haqda iddiaların əsaslı görünməsinə şərait yaradır.
Necə olur ki, illərlə dünyanın milyarderlər siyahısına liderlik edən “Mikrosoft” rəhbəri Bill Qeyts koronavirsun anonsunu hələ 2015-ci ildə verə bilir? Bildirir ki, dünyanı qarşıdakı illərdə viruslarla mübarizə gözləyir. Məgər o, indi iddia olunduğu kimi, hansısa çinlinin bazardan koronaviruslu yarasa alıb, yeyəcəyini zehninin gücü ilə anlamışdı və ya soyuducunun qapağının açıq qalacağını və virusun buradan dünyaya yayılacağını “üçüncü gözü” ilə görmüşdü?
Eləcə də dünyada söz sahibi olaraq görünən, amma bəzi iddialara görə əslində görünməyən güclərin “sözcüsü” olan Bill Qeyts hər il ölkələrdən milyardlarla dollar “yeyən” Ümümdünya Səhiyyə Təşkilatının yalnız bir qərarla dünyanın “qapılarının” Uhan sakinlərinin üzünə qapatmayacağını əvvəldən proqnozlaşdırmışdı?
Bill Qeytsin ötən müddət ərzində yoluxma və ölüm sayı ilə bağlı proqnozları da şübhəli məqam kimi görünüb. Heç də təsadüfü deyil ki, insanlar COVID-in nə vaxt bitəcəyi ilə bağlı xəbərin də məhz onun ağzından çıxacağını gözləyirlər.
Əslində cavabsız suallar çoxdur və bunlar dünyanın hər yerində insanları narahat etməyə bilmir.
Qeyd edək ki, ötən ilin iyun ayında, hələ dünyada vaksinasiya prosesi başlanılmazdan əvvəl ABŞ-lı professor, bir çox məşhur elmi və tibbi tədqiqatların müəllifi Leonard Koldveel vaksinasiya prosesinin bu cür ardıcıllıqla aparıldıcağını açıqlamışdı:
“İlk vaxtlarda vaksinasiya könüllülük əsasında aparılacaq. Sənə vaksin vurulubsa, azadsan, hara istəyirsənsə gedə bilərsən, vaksindən imtina etmisənsə, evdə oturmalı, sosiumdan təcrid olunmalısan. Buna görə insanlar özləri peyvənd olunmağa can atacaqlar. İkinci addım peyvənd olunmayanların cərimə və həbs olunması olacaq. Üçüncü addım isə məcburi olacaq, yerə uzadıb, iynəni vuracaqlar. Amma heç kim indi buna inanmadığı üçün etiraz etmir”.
Görünən odur ki, hələ ki, dünya bu prosesin birinci mərhələsindədir. Vaksinasiya könüllük adı altında aparılır, amma məhdudiyyət təhdidi altında insanlar buna məcbur edilir. Bununla yanaşı COVID pasportu ilə bağlı tələblər qoyulur.
Baş verən proseslər gələcəkdə vaksinasiyaya yanaşmanın daha da ciddiləşəcəyindən xəbər verir. Peyvənddən imtina edənlərin izolyasiya olunacağı, daha sonra həbslərin baş verməsi gözləniləndir.
Xatirə Nəsirli, Bizim.Media