Muxtar Babayev Qırğızıstan səfiri ilə COP29-un nəticələrini müzakirə etdi - FOTO

Hazırda oxunan: Muxtar Babayev Qırğızıstan səfiri ilə COP29-un nəticələrini müzakirə etdi - FOTO

225139

Qırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Bizim.Media xəbər verir ki, görüş zamanı ölkəmizin bu il ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələri müzakirə edilib.

Eyni zamanda, COP29 Prezidentliyi qismində növbəti bir il ərzində həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlər, qlobal və regional təşəbbüslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin