“Antiteli olanlara da COVID pasportu verilməlidir” – QAYDASI

Hazırda oxunan: “Antiteli olanlara da COVID pasportu verilməlidir” – QAYDASI

22480

Xəbər verildiyi kimi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə Azərbaycanda karantin rejimi yumşaldılsa da, bəzi məkanlara girişdə COVID pasportun tələb olunması ciddi narazılıq yaradıb.

Xüsusilə iyunun 10-dan idman zallarından istifadə edənlərdən, iyulun 1-dən isə müxtəlif obyektlərin işçilərindən COVİD pasportunun tələb olunması ictimaiyyətdə qeyri-müəyyənlik yaradıb.

Vaksinasiyanın könüllülük prinsipi əsasında həyata keçirildiyi halda, belə bir “məcburiyyət” in olması insan hüquqlarının məhdudlaşdırılması kimi dəyərləndirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

E-TƏBİB vasitəsilə COVİD-19 pasportunu necə almaq lazımdır? - QAYDALAR - VİDEO


Məsələ ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Razi Nurullayev deyib ki, məsələyə konseptual yanaşsaq, bu, insan hüquqlarının məhdudlaşdırılmasıdır:

“Amma insan hüquqlarının məhdudlaşdırılması, onların və digərlərinin də sağlamlığının qorunması naminə edilirsə, onda deyil

Bütün dünyada, konkret desək, insan hüquqları və demokratiyanın qorunmasında ad çıxaran ölkələrdə də COVID pasportu tətbiq edilir. Azərbaycanda olan qadağalar, məhdudiyyətlər daha sərt şəkildə o ölkələrdə də həyata keçirilməkdədir.

Digər tərəfdən isə hətta Azərbaycan bu qadağaları və məhdudiyyətləri yumşaldarsa, onlar yalnız ölkəmizdə etibarlı ola bilər. Yəni ölkə çıxışında mütləq COVID pasportu tələb olunacaq. Bu, dünyada gedən bir prosesdir və Azərbaycan da prosesin bir parçasıdır. Dünya bu şəkildə qərar qəbul edib və bütün ölkələr buna əməl edir. Bir sözlə, bizdən asılı deyil”.

Deputat hesab edir ki, artıq bu, qayıtmaz və dönməz bir prosesdir. Ona görə də insanlarımız COVID pasportu almaq üçün qeydiyyatdan keçməlidirlər:

“İnsan hüquqlarının qorunması adı altında da təssüflər olsun ki, bunun qarşısını almaq mümkün görünmür”. 
 

Razi Nurullayev koronavirusa yoluxan insanlara da antitelin formalaşması baxımından pasportun verilməsi məsələsinə də toxunub. O, deyib ki, Operativ Qərargah işləyən insanların antitelinin dövlət hesabına yoxlanılması ilə bağlı qərar verməlidir:


“İnsanlar bilməlidir ki, virusa yoluxublar, yoxsa yox. Artıq onlarda antitel yarandığına görə COVID pasortu ala bilərlər. Düşünürəm ki, insanların antiteli yoxlanmalı və xəstələnənlərə də COVID pasportu verilməldir. İstənilən halda koronavirusa yoluxanların peyvənd olunması düzgün deyil”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin