“Ən çox yoluxma bu yaş arasındadır” – Operativ Qərargahdan AÇIQLAMA

Hazırda oxunan: “Ən çox yoluxma bu yaş arasındadır” – Operativ Qərargahdan AÇIQLAMA

22309

“Yoluxma azalsa da ölüm halları ilə rastlaşırıq.  Biz yoluxma sayına yox yoluxma faizinə diqqət edirik”.

Bizim.Media xəbər verir ki bu barədə bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də keçirilən brifinqində çıxışı zamanı deyib.

Bildirib ki, yoluxma sayının azalması ilə bağlı müsbət  dinamika davam edir:

“Aprel ayının ortasından yoluxma 10 fazidən aşağı tədricən düşməyə başlayıb. Son günlər bu faiz 3-4-ə qədər enir. Statistik göstəricilərdə böyük fərq yoxdur. Yəni qadınlar arasında yoluxma faizi az da olsa kişilərdən çoxdur. Yaş qrupları arasında da yolxmada ciddi fərq qeydə alınmayıb. Ən çox yoluxma sosial aktiv olan yaş qrplarındadır. Bu 30-69 yaşarası qruplardır”.

Yaqut Qarayeva regionlarda da yoluxma sayının xeyli aşağı düşdüyünü söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin