Yemək yedikdən sonra tez acma, doyma hissinin gec yaranması, şirniyyat istəyinin çox olması, əllərdə soyuqluq və titrəmə, tez çəki alma, yorğunluq və halsızlıq kimi əlamətlər insulin dirəncinin göstəricisidir.
Bizim.Media xəbər verir ki, insulin dirənci olanların gələcəkdə tip-2 diabet olma riski daha yüksəkdir.
Necə anlayarıq?
İnsulin dirəncinin olub-olmadığını qan təhlilləri ilə bilmək olar.
Qan təhlilindəki 8-10 saatlıq aclıq qan şəkəri və homeostatik model dəyərləndirmə üsulu ilə olan HOMA-IR dəyərləri gizli şəkər və insulin dirənci haqqında fikirlər yaradır. Aclıq qan şəkərinin 100-125 mg/dl olduğu durumlar pre-diabet yəni gizli şəkər olaraq adlanır. Sağlam insanda HOMA-IR dəyəri 2,5 mg/dl-nin altında olmalıdır. HOMA-IR dəyəri 2,5 mg/dl-nin üstündə olduqda isə insulin dirənci olur.
Qidalanma şəkli...
İnsulin dirənci olanlar qidalanmalarına çox diqqət etməlidirlər. Qan şəkərinin normada olması üçün 3 ana və 3 ara ilə qidalanmalıdırlar. Amma bununla bərabər insanın yaşam tərzi, çalışma tərzi də önəmlidir.
Qan şəkərini normada saxlamaq üçün yeməklər 2-2.5 saat ara ilə hazırlanmalıdır. Ara qidalanma insulin dirənci olanlarda çox önəmlidir. Diyet planından çörək əsla çıxarılmamalıdır. Karbohidrat tərkibli qidalanma çox vacibdir. Qan şəkərinin anidən yüksəlməməsi üçün yanında protein tərkibli qidalanma da önəmlidir.
Burada önəmli olan qidaların tükətim aralığı və miqdarlarıdır. Bəslənmə proqramında yağlar da çok önəmlidir. Protein və karbohidratlarda olan vitamin və mineralların əmilməsi, həzm problemlərinin olmaması üçün yağ tükətimi önəmlidir.
İnsulin dirəncini "qırmağın" yolları
Hər şeydən əvvəl stress və əsəbdən uzaq durmaq lazımdır.
Digər bir məsələ isə yemək yemə sürətidir. Bu sürət 20-25 dəqiqə arasında olmalıdır.
Qidalanma proqramında karbohidrat, protein və yağ qaynaqlı qidalar normada saxlanılmalıdır.
Ağ un və növləri, şəkər, bal, cem, kartof, düyü, ağ makaron kimi məhsullardan uzaq durmaq lazımdır.
Qidalanma planında qoz, badam, fındıq kimi çərəzləri də əlavə edə bilərsiniz. (medicina.az)
Bizim.Media
- A-
- A
- A+
COP29
02:35 / 25.05.2021
Yemək yedikdən sonra tez acmaq nəyin göstəricisidir?
Hazırda oxunan: Yemək yedikdən sonra tez acmaq nəyin göstəricisidir?
Hazırda oxunan: Yemək yedikdən sonra tez acmaq nəyin göstəricisidir?
22260
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.