Latviya səfiri COP29-un uğurla başa çatması münasibətilə Azərbaycanı TƏBRİK ETDİ

Hazırda oxunan: Latviya səfiri COP29-un uğurla başa çatması münasibətilə Azərbaycanı TƏBRİK ETDİ

222352

“COP29-un uğurla başa çatması münasibətilə Azərbaycanı təbrik edirəm. Azərbaycana belə mühüm tədbirə peşəkarcasına ev sahibliyi etdiyi üçün təşəkkürümü bildirirəm. Latviya ilə Azərbaycan arasında fəal şəkildə artan əməkdaşlığı yüksək qiymətləndiririk. İl ərzində hər iki ölkəyə siyasi və işçi səviyyədə çoxlu sayda səfərlər oldu, o cümlədən Latviya Parlamentinin sədrinin, Parlament üzvlərinin və dövlət nümayəndələrinin səfərlərini qeyd etmək istərdim. Həm Azərbaycanda, həm də Latviyada bir çox mədəni layihələrin həyata keçirildiyinin şahidi olduq.

Latviya və Azərbaycan əlaqələrinin daha da gücləndirilməsində iştirak edən hər kəsə təşəkkür edirəm”.

Bizim.Media xəbər verir ki, bu sözləri Latviya Respublikasının elan olunmasının 106-ci ildönümü münasibətilə keçirilən rəsmi qəbulda Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya deyib.

Azərbaycanın Latviya üçün mühüm iqtisadi tərəfdaş olduğunu diqqətə çatdıran Edqars Skuya, həmçinin əlavə edib: “Ticarət dövriyyəsi ötən son iki il ərzində artıb. Hər iki ölkə ixrac, idxal və bir çox sahələrdə ticari və iqtisadi əməkdaşlığın artırilmasına maraqlıdır. Dövlətlaərarası Komissiyanın gələn il keçirilməsi planlaşdırılır. Bundan əlavə, bizim 14 bələdiyyə ilə fəal əməkdaşlığımız mövcuddur. Biz gənclər arasında Latviyada təhsilə marağın artdığını görürük”.

O öz ölkəsində və bütün regionda sülh və stabilliyin yanında dayandıqlarını və hər bir ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin