Bayden COP29-un müvəffəqiyyətlə təşkilinə görə Azərbaycana TƏŞƏKKÜR ETDİ

Hazırda oxunan: Bayden COP29-un müvəffəqiyyətlə təşkilinə görə Azərbaycana TƏŞƏKKÜR ETDİ

222191

ABŞ prezidenti Co Bayden COP29-un müvəffəqiyyətlə təşkil olunmasına görə Azərbaycana təşəkkür edib.

Bizim.Media xəbər verir ki, bu barədə Trend agentliyi yazıb.

“Mən tərəfləri və COP29 prezidentini bu mühüm nəticəyə görə təbrik edirəm. İqlim hədəflərinə çatmaq üçün əhəmiyyətli addımlar atılıb, bugünkü uğur düzgün istiqamətdə atılmış mühüm bir addımdır. ABŞ xalqı və gələcək nəsillər adından daha təmiz, daha təhlükəsiz və sağlam planetin təmin edilməsi üçün səylərimizi artırmaq öhdəliyinə sahibik”, deyə Ağ Evin sahibi bildirib.

Bundan əlavə, ABŞ prezidenti qeyd edib ki, COP29 həm də tarixi konsensusa nail olmaq üçün mühüm bir platforma olub.

“Konfrans zamanı ölkələr 2035-ci ilə qədər iqlim təşəbbüslərinin beynəlxalq maliyyələşdirilməsinə dair iddialı bir məqsəd müəyyənləşdiriblər. Bu, inkişaf etməkdə olan ölkələrin yaşıl və dayanıqlı iqtisadiyyatlara keçidini sürətləndirmək üçün lazım olan maliyyə resurslarını səfərbər edəcək”, – Bayden əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin