Braziliyalı nazir: COP29-da aparılan müzakirələr zamanı çətinliklərə baxmayaraq, gücümüzü birləşdirməliyik

Hazırda oxunan: Braziliyalı nazir: COP29-da aparılan müzakirələr zamanı çətinliklərə baxmayaraq, gücümüzü birləşdirməliyik

222072

“Braziliyada keçiriləcək COP30 konfransı bütün ölkələr arasında möhkəmlənəcək əməkdaşlığın nümunəsi olmalıdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri COP29-un bağlanış plenar sessiyasında Braziliyanın ətraf mühit naziri Marina Silva söyləyib.

Nazir bildirib ki, bunun baş verməsi üçün COP29-da aparılan müzakirələr zamanı qarşılaşılan çətinliklərə baxmayaraq, yekun razılaşma əldə etməli, gücümüzü birləşdirməliyik.

“Üzləşdiyimiz böhranı nəzərə alsaq, belə məsələlər təcili həll tələb edir. Bu razılaşmanın əldə olunması yalnız tərəflər arasında həmrəyliyin formalaşmasından asılıdır. Cəmiyyət bizdən yalnız məsuliyyətli addımlarla irəliləməyi tələb edir”, - deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin