COP29-un son günlərində Yaşıl Zonada Azərbaycan şirniyyatlarından ibarət sərgi təşkil olunub. Sərgidə Azərbaycana xas şirniyyat növləri, şəkərbura, paxlava, halva və digər şirniyyatlar nümayiş etdirilib. Milli şirmiyyatlarımız xarici qonaqların da böyük marağına səbəb olub.
Sərgi haqqında danışan Azərbaycan Milli Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanov Bizim.Media-ya deyib ki, bu gün 20-dən çox şirniyyat növü təqdim edilib:
"Azərbaycanda 400-ə yaxın şirniyyat növü var və onlardan bəzilərini nümayiş etdiririk. Yəni gələn qonaqlar gəlib, baxıb, görsünlər ki, biz nə qədər varlı, zənginik. Çünki mətbəx mədəniyyətin əsasıdır. Paxlava kimindirsə, tar onundur, şəkərbura kimindirsə, kamança onundur və s.".
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
COP29
17:23 / 22.11.2024
COP29-da sərgilənən şirniyyatlarımız qonaqların marağına SƏBƏB OLDU – FOTO/VİDEO
Hazırda oxunan: COP29-da sərgilənən şirniyyatlarımız qonaqların marağına SƏBƏB OLDU – FOTO/VİDEO
Hazırda oxunan: COP29-da sərgilənən şirniyyatlarımız qonaqların marağına SƏBƏB OLDU – FOTO/VİDEO
221914
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.