Annalena Berbok: “ABŞ iqlim siyasətində geriyə addım atsa, cavabımız “Birləşmiş Avropa” olacaq”

Hazırda oxunan: Annalena Berbok: “ABŞ iqlim siyasətində geriyə addım atsa, cavabımız “Birləşmiş Avropa” olacaq”

221770

“ABŞ iqlim siyasətində öz rolu ilə bağlı geriyə doğru addım atarsa, o zaman “Hər şeydən öncə Amerika” devizinə qarşı Avropa olaraq cavabımız “Birləşmiş Avropa” olacaq”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok COP29 iqlim konfransı çərçivəsində mətbuat konfransında səsləndirib.

O bildirib ki, bu cavab iqlimin qorunması, Yeni Yaşıl Razılaşma, ilk növbədə isə bizim qitədə iqlimə investisiyalar üçün daha çox işlər görməkdən ibarət olacaq: “ Bizim ambisiyamız Avropanı dünyanın iqlim üzrə ilk neytral qitəsinə çevirməkdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin