Azərbaycanlı yeniyetmələr COP29-da AKSİYA keçirdi – FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycanlı yeniyetmələr COP29-da AKSİYA keçirdi – FOTO/VİDEO

221734

COP29 çərçivəsində azərbaycanlı uşaq və yeniyetmələr "Təmiz Planet üçün Uşaqlar” aksiyası keçiriblər.

Bizim.Media xəbər verir ki, tədbirdə uşaqlar öz çıxışları ilə iqlim dəyişkənliyinin yaratdığı problemlərə diqqət çəkiblər.

Tədbirdə Azərbaycan mədəniyyətinin gözəlliyini nümayiş etdirən “Yallı” rəqsi nümayiş olunub. “Qavaldaş” ritm qrupunun melodik ritmləri və mahnılar səsləndirilib.

Aksiyanın təşkilatçısı “EkoSfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyinin (İB) direktoru Firuzə Sultanzadə Bizim.Media-ya deyib ki, bu tədbir mədəni irslə ətraf mühitə olan məsuliyyətin əlaqəsini vurğulayır:

"Bizim üçün burada çıxış etmək çox qürurvericidir. Tədbirdə iştirak edən qonaqlar uşaqların bu çıxışı vasitəsilə mədəniyyətimiz, milli musiqi, rəqslərimiz haqqında məlumatlı olurlar. Bu aksiya planetimizi qorumaq üçün birlik və əməkdaşlıq ehtiyacını ön plana çəkir".







Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin