İndi ilkin mövqedən çıxmağın və mümkün kompromis sahələrini tanımağın vaxtıdır.
Bizim.Media xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş Bakıda keçirdiyi mətbuat konfransında deyib.
“Mən COP29-da danışıqlar aparan şəxs deyiləm. Ancaq nümayəndə heyətlərini dinləmişəm.
İndi ilkin mövqedən çıxmağın və mümkün kompromis sahələrini tanımağın vaxtıdır. Hələ də vaxtımız var. Düşünürəm ki, bu mümkündür. Əminəm ki, razılaşmaya nail olunacaq. Əsas məsələ tərəflərin ilkin mövqeyinin nə olması deyil. Əsas məsələ ambisiyalı nəticələrə gətirib çıxaracaq kompromis yollarını tapmaqdır”, - deyə Quterreş bildirib.
Bizim.Media
- A-
- A
- A+
COP29
15:33 / 21.11.2024
"Əminəm ki, COP29-da razılaşmaya nail olunacaq" - Antonio Quterreş
Hazırda oxunan: "Əminəm ki, COP29-da razılaşmaya nail olunacaq" - Antonio Quterreş
Hazırda oxunan: "Əminəm ki, COP29-da razılaşmaya nail olunacaq" - Antonio Quterreş
221731
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.