“Bakının velosiped zolaqlarının infrastrukturu əladır” - Avropa Velosipedçiləri Federasiyasının direktoru

Hazırda oxunan: “Bakının velosiped zolaqlarının infrastrukturu əladır” - Avropa Velosipedçiləri Federasiyasının direktoru

221683

COP29 konfransı iqlim dəyişikliyinin törətdiyi fəsadlara həll yolu tapmaq və daha yaşıl bir dünya yaratmaq üçün dünyanın hər yerindən məsul şəxslər gəlməyə davam edir.

Onlardan biri də Avropa Velosipedçiləri Federasiyasının baş direktoru Jill Varrendir. O, Bizim.Media-ya bildirib ki, velosipeddən istifadəni təşviq etmək üçün konfransa gəlib.

"Məqsədimiz ölkələrin piyada gəzməyi və velosiped sürməyi nəqliyyatdan emissiyaları azaltmaq, həmçinin insanların sağlamlığını və həyatını yaxşılaşdırmaq üçün əlçatan, sürətli və çox etibarlı bir həll kimi görməsini təmin etməkdir".

Jill Varren velosipeddən istifadənin vacibliyini qeyd edib.

"Gündə sadəcə 30 dəqiqə piyada gəzmək və ya velosiped sürmək ÜST-ün fiziki aktivlik üçün minimum tələblərinə cavab verir və bu, həm də bərabərlik üçün əladır. Bu, daha çox insana nəqliyyatdan istifadə etmək, iqtisadiyyatda iştirak etmək, həmçinin mədəni və sosial mübadilələrə qoşulmaq üçün imkanlar yaradır".

Jill Varren Azərbaycanın velosiped yolları barədə də fikrini bildirib.

"Velosiped zolaqlarınızı gördüm. Onlar çox çox yenidir və yaşıldır. Əgər mən bir velosipedçi olsaydım, bu infrastrukturun əla olduğunu deyərdim. Azərbaycan velosped zolaqları vasitəsilə velosipedçiliyi tam hüquqlu bir nəqliyyat növü kimi dəstəkləmək istədiyini göstərir. Eyni zamanda sizin möhtəşəm piyada zonalarınızı, sahilyanı ərazilərinizi, alış-veriş küçənizi və İçərişəhər ətrafındakı bütün yerləri gördüm. Həqiqətən heyrətamizdir. Bazar günü bütün günü gəzərək çox əyləndim".

Nuray Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin