İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi qəbul edilib

Hazırda oxunan: İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi qəbul edilib

221582

Bu gün COP29 çərçivəsində Turizm Günündə “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” qəbul edilib.

Bizim.Media xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) Aparat rəhbəri Kənan Qasımov mətbuat konfransında deyib.
 

O bildirib ki, emissiyaların azalması və dözümlülüyün artmasında bu bəyannamənin böyük rolu var:


"Bu, COP29-da böyük uğurdur. 50-dən çox ölkə və 8 beynəlxalq təşkilat bu mühüm təşəbbüsü dəstəkləyib. Biz indi iqlim məsələlərinin turizm siyasətinə inteqrasiyasında əhəmiyyətli dəyişikliklərə nail olmağa çalışırıq. Turizm təkcə iqtisadiyyatımızın əsas sütunu deyil, həm də zəngin mədəniyyətimiz və təbii irsimizlə dərindən bağlıdır”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin