“Paris Razılaşması ilə bağlı ən çətin mərhələ qarşıdadır”- Yalçın Rəfiyev

Hazırda oxunan: “Paris Razılaşması ilə bağlı ən çətin mərhələ qarşıdadır”- Yalçın Rəfiyev

221580

“Bakıda qəbul edilən qərarlar Paris Razılaşmasının ikinci onillik strategiyasının formalaşmasında mühüm rol oynayacaq”.

Bizim.Media verir ki, bu sözləri COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev nazirlərin mətbuat konfransında deyib.

Nazir müavini, həmçinin, keçirilən görüşlər haqqında məlumat verib:

"Paris Sazişinin 6-cı maddəsi və digər məsələlərlə bağlı texniki görüşlər və qeyri-rəsmi nazirlər arasında müzakirələr keçirilib. Bu prosesdə müxtəlif fikirləri birləşdirərək tərəflərə ortaq nöqtələr tapmağa kömək etmək üçün çalışmışıq. Tərəflərin razılığa gəlmək istəyini görmək bizi ruhlandırır, lakin ən çətin mərhələ qarşıdadır”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin