COP29 çərçivəsində müxtəlif ölkələrin nümayəndə heyətlərinin Şamaxıya səfərləri davam edir - FOTO

Hazırda oxunan: COP29 çərçivəsində müxtəlif ölkələrin nümayəndə heyətlərinin Şamaxıya səfərləri davam edir - FOTO

221466

COP29 ilə bağlı ölkəmizdə olan müxtəlif ölkələrin nümayəndə heyətlərinin Şamaxıya səfərləri davam edir.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Şamaxıya Sakit okeanda yerləşən Niue ada dövlətinin Baş naziri Dalton Taqelaqi və digər rəsmilər səfər edib. 

Səfər zamanı qonaqlar Şamaxı Cümə Məscidi, N. Tusi adına Şamaxı Astrofizika Rəsadxanası və rayonun Meysəri kəndindəki müasir kənd təsərrüfatı və turizm müəssisələrinə baş çəkiblər.
 

Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov qonaqları salamlayıb və onlara rayonun tarixi, mədəni həyatı, sosial-iqtisadi inkişafı və turizm potensialı ilə bağlı həyata keçirilən layihələrdən danışıb.


Qeyd edək ki, bu günədək COP29 çərçivəsində Şamaxıya Almaniya, Bangladeş, Birləşmiş Ərəb Əmirlikləri, Birləşmiş Krallıq, Bolqarıstan, Braziliya, Cənubi Afrika, Çin, Fransa, Hindistan, İndonesiya, İordaniya, İtaliya, Kanada, Qazaxıstan, Qırğızıstan, Nigeriya, Pakistan, Polşa, Rusiya, Tacikistan, Türkiyə, Vyetnam, Yaponiya və digər ölkələrdən çox sayda xarici qonaqlar gəliblər.
















Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin