Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına QOŞULDU

Hazırda oxunan: Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına QOŞULDU

221343

Ukrayna BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) çərçivəsində İqlim Klubu Qlobal Platformasına (“Climate Club Global Platform”) qoşulub.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

İqlim Klubu Qlobal Platforması yüksək emissiyalı sənaye sahələrinin dekarbonizasiyasını sürətləndirmək və inkişaf etməkdə olan ölkələrdə sıfır və aşağı emissiyalı sənaye inkişafını dəstəkləmək məqsədilə yaradılıb.

Platforma beynəlxalq əməkdaşlıq, maliyyə və texnologiyanın dəstəyi ilə həmin ölkələrin sıfır və aşağı emissiyalı sənaye təcrübələrinə keçidini asanlaşdıracaq.
 

Platformanın əsas məqsədi dəstəyə ehtiyacı olan ölkələri beynəlxalq investorlarla əlaqələndirmək və onların müasir texnologiyalara çıxışını təmin etməkdir. Ukraynanın bu təşəbbüsdə iştirakı ölkənin yaşıl bərpa prosesinə beynəlxalq tərəfdaşların dəstəyini cəlb etməyə imkan yaradacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin