COP29 çərçivəsində “Könüllülərin ekoloji düşərgəsi”nə yekun vurulub - FOTO

Hazırda oxunan: COP29 çərçivəsində “Könüllülərin ekoloji düşərgəsi”nə yekun vurulub - FOTO

221289

Noyabrın 18-də COP29 çərçivəsində Milli QHT Forumu Pavilyonunda “ASAN Könüllüləri” Təşkilatının “Könüllülərin ekoloji düşərgəsi” layihəsinin bağlanış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, tədbir çərçivəsində reallaşdırılan panel sessiyada iqlim dəyişmələrinin cəmiyyətə təsiri müzakirə olunub.

Sessiyada Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Səyyarə Məmmədova, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdiri Nazilə Hüseynova, Özbəkistan Könüllülər Assosiasiyasının rəhbəri Şirin Abidova və qurumun İdarə heyətinin üzvü Laziz Nigmanov çıxış ediblər.

Tədbirdə layihənin hesabat videoçarxı izlənilib və iştirakçılar təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə elan etdiyi “COP29-la bağlı beynəlxalq təşəbbüslər” qrant müsabiqəsinin qalibidir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin