COP29-da "Futbol Klublarının İqlim Alyansı" yaradıldı - FOTO

Hazırda oxunan: COP29-da "Futbol Klublarının İqlim Alyansı" yaradıldı - FOTO

221129

Bakıda COP29 məkanında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının dəstəyi ilə Azərbaycanın "Qarabağ" klubu və Avropa Klublar Assosiasiyasının birgə təşkilatçılığı ilə yeni yaradılmış "Futbol Klubları İqlim Alyansı"nın təqdimatı keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Alyansa "Qarabağ"dan başqa, İngiltərənin "Liverpul" və "Tottenhem", İspaniyanın "Atletiko Madrid" və "Betis", İtaliyanın "Udineze", Portuqaliyanın "Portu", Braziliyanın "Flamenqo" və İsveçin "Malmö" klubları daxildir.

Həmçinin, alyansa Türkiyədən "Qalatasaray" və "Fənərbağça" komandaları qatılıb.
 

Təqdimat tədbirində baş məşqçi Fatih Terim də xüsusi qonaq qismində iştirak edib. Tədbirdə iştirak edən rəsmilər "Futbol Klublarının İqlim Alyansı"nın yaradılması ilə bağlı bəyannamə imzalayıblar.


Alyansda iştirak edən komandalar iqlim məsələsinə daha çox həssaslıq göstərəcək və bununla bağlı layihələr həyata keçirəcəklər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin