Martin Çunqonq Parlament Görüşünü tarixi yığıncaq adlandırdı

Hazırda oxunan: Martin Çunqonq Parlament Görüşünü tarixi yığıncaq adlandırdı

221101

Parlament Görüşündə qəbul edilən yekun sənəd parlament üzvləri üçün yol xəritəsi olacaq.

Bizim.Media xəbər verir ki, bunu Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq COP29 çərçivəsində iki gün davam edən Parlament Görüşünün yekununda deyib.

O, bu görüşü tarixi yığıncaq adlandırıb.

İttifaq rəsmisi iclasa görə Azərbaycan Mili Məclisinə təşəkkür edərək qəbul olunan yekun sənədin mühüm töhfələr verəcəyini bildirib:
 

"Sənəd çox konsultativ məşvərət prosesinin məhsuludur. Çalışdıq ki, parlament üzvlərinin ümumi rəyini alaq. Bu sənəd parlament üzvləri üçün yol xəritəsidir, birliyi və həmrəyliyi təşviq edir. İclasa 300-dən çox iştirakçı qatılıb. Biz başa düşməliyik ki, iqlim dəyişikliyi ilə bağlı ciddi tədbirlər görməliyik".


Çunqonq vurğulayıb ki, Parlament Görüşü artıq COP müzakirələrinin mərkəzində dayanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin