Fərid Qayıbov: "Azərbaycan idman sahəsində böyük inkişaf yolu keçib"

Hazırda oxunan: Fərid Qayıbov: "Azərbaycan idman sahəsində böyük inkişaf yolu keçib"

220974

Azərbaycan idman sahəsində böyük inkişaf yolu keçib.

Bizim.Media xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov "Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə COP29 çərçivəsində yaradılacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansda yer alacaq komandalar ilə təşkil olunmuş görüşdə deyib.

O, ölkəmizin təşkilatçılıq bacarığına toxunub:

"Azərbaycan idman sahəsində böyük inkişaf yolu keçib. Azərbaycan bir çox beynəlxalq idman oyunlarına ev sahibliyi etməklə bunu sübut edib. Təbii ki, futbol da idman sahəsindəki uğurların bir parçasıdır və burada da bir sıra beynəlxlaq yarışlara ev sahibliyi etmişik. Azərbaycanın ən yaxşı futbol klubu olan "Qarabağ" son 10 ildir avrokubokların qrup mərhələlərində inamla mübarizə aparır. İndi COP29 çərçivəsində burada birlikdə toplaşaraq iqlim dəyişikliyini və onun yaratdığı problemləri müzakirə edirik. Günün sonunda bu görüşün bəhrəsi kimi sənəd imzalayacağıq".

Qeyd edək ki, COP29 Bakıda noyabrın 11-dən start götürüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin