8 milyarddan çox insan iqlim dəyişikliyindən əziyyət çəkir

Hazırda oxunan: 8 milyarddan çox insan iqlim dəyişikliyindən əziyyət çəkir

220941

İqlim dəyişikliyi problemi dünyada bütün insanlar üçün əsas aktual narahatlıqdır. Parlamentlər vətəndaşların həyatını dəyişdirən konkret addımları dəstəkləyə bilər. Yaşanıla bilən dünya uğrunda mübarizədə konkret fəaliyyətə keçilməlidir.

Bizim.Media xəbər verir ki, bu fikirləri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil noyabrın 16-da Bakıda keçirilən Parlament Görüşündə çıxışı zamanı deyib.

Dayanıqlılığın artırılmasından, daha sağlam həyat standartlarının təmin olunmasından da bəhs edən icraçı katib vurğulayıb: “Biz insanlara daha da irəli getməyə imkan verən siyasətlərə ehtiyac duyuruq. Həm də bilirik ki, təkcə ambisiya kifayət etməyəcək. Hər bir ölkə kifayət qədər ambisiyalı olmalıdır. Maliyyaləşdirmə məsələsi çox önəmlidir, xüsusilə iqlim maliyyəşməsindən əziyyət çəkən ölkələr üçün. Hər bir ölkədə qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi önəmlidir”.

Saymon Stil qeyd edib ki, hazırda 8 milyarddan çox insan iqlim dəyişikliyindən əziyyət çəkir. İqlimlə bağlı bu cür tədbirlər həqiqi iqtisadi nəticəsi olan prosesə çevrilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin