COP29 çərçivəsində Yaşıl Rəqəmsal Fəaliyyət üzrə bəyannamə qəbul olunub

Hazırda oxunan: COP29 çərçivəsində Yaşıl Rəqəmsal Fəaliyyət üzrə bəyannamə qəbul olunub

220938

COP29 çərçivəsində Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamə qəbul olunub.

Bizim.Media xəbər verir ki, bəyannamənin qəbulu ilə tərəflər ümumi 8 məqsədi təsdiq ediblər.

Bunlar iqlim fəaliyyəti üçün rəqəmsal texnologiyalar və alətlərdən istifadə, dayanıqlı rəqəmsal infrastrukturun qurulması, rəqəmsallaşmanın iqlimə təsirinin azaldılması, rəqəmsal inklüzivlik və savadlılığın təşviqi, məlumata əsaslanan qərar qəbulu, davamlı innovasiyaların təşviqi, davamlı istehlakçı təcrübələrinin təşviqi və ən yaxşı təcrübələrin paylaşılmasının asanlaşdırılmasıdır.

Qeyd edək ki, bəyannaməyə bu günədək 1000-ə yaxın rəqəmsal texnologiya cəmiyyətinin üzvü öz dəstəyini bəyan edib. Bəyannamənin sürətli rəqəmsallaşmanın ətraf mühitə mənfi təsirlərini yumşaltmaqla yanaşı, iqlimlə bağlı fəaliyyətin və davamlılığın artırılması üzrə əməkdaşlıq üçün çərçivə rolunu oynayacağı vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin