Biz parlament üzvləri olaraq Bakı şəhərinin COP29-a gözəl ev sahibliyi üçün təşəkkür edirik. Bu, qlobal əməkdaşlıq üçün gözəl imkan yaradır. Biz burada inklüzivlik və tərəfdaşlıq ruhunda iqlim böhranının öhdəsindən gəlməliyik. Daim çalışırıq ki, beynəlxalq dialoqu gücləndirək, insan hüquqlarını gündəmə gətirək, daha ədalətli dünya quraq.
Bizim.Media Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri Tanzaniya Birləşmiş Respublikası Milli Assambleyasının sədri, Parlamentlərarası İttifaqın (PAİ) prezidenti Tulia Akson noyabrın 16-da Bakıda keçirilən Parlament Görüşündə çıxışı zamanı deyib.
"İqlim dəyişikliyi həyatımızın bütün aspektlərinə təsir göstərir. Biz çalışmalıyıq ki, planetimizi qoruyaraq gələcək nəslə çatdıraq. Son illərdə dünyada bir çox aşırı hava şəraitləri yaşanıb. İqlim dəyişməsi məsələsi doğrudan da böhran vəziyyətinə gəlib çatıb. Dünyanın müxtəlif regionlarında meşə yanğınları, infrastrukturun dağıdılması, təbii fəlakətlər baş verib və nəticədə 30 milyona yaxın insan məcburi köçkünə çevrilib”, - deyə Tulia Akson qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
COP29
11:50 / 16.11.2024
Parlamentlərarası İttifaqın prezidenti COP29-a gözəl ev sahibliyinə görə Azərbaycana təşəkkür edib
Hazırda oxunan: Parlamentlərarası İttifaqın prezidenti COP29-a gözəl ev sahibliyinə görə Azərbaycana təşəkkür edib
Hazırda oxunan: Parlamentlərarası İttifaqın prezidenti COP29-a gözəl ev sahibliyinə görə Azərbaycana təşəkkür edib
220936
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.