COP29-da daha bir önəmli aksiya: İqlim insanların yaşayışına ciddi ziyan vurub - VİDEO

Hazırda oxunan: COP29-da daha bir önəmli aksiya: İqlim insanların yaşayışına ciddi ziyan vurub - VİDEO

220892

"Biz iqlimlə bağlı problemlərin həlli üçün maliyyənin ayrılmasını istəyirik. Xüsusi olaraq da bu problemləri görməzdən gələn və heç bir iş görməyən ölkələrin iqlim üçün nəsə etməsini tələb edirik".

Bizim.Media xəbər verir ki, bunu COP29 çərçivəsində keçirilən etiraz aksiyasında iştirak edən BMT-nin gender bərabərliyi üzrə qurumunun üzvü Coy Jerotiç Koek Baku TV-yə açıqlamasında deyib.

"Bu gün dünya üzrə iqlimin maliyyələşdirilməsi günüdür. Buna görə də, biz liderlərdən dünya ölkələrində qeydə alınan itki və dağıntılarla bağlı maliyyə vəsaitinin ayrılmasını xahiş edirik.

Mən özüm iqlim dəyişikliklərindən əziyyət çəkən, daşqın və quraqlıqlarla üzləşən bir ölkədən gəlirəm. Biz 2023-2024-cü illər ərzində ən pis dövrümüzü yaşadıq. Son 40 ildə qeydə alınan ən ciddi quraqlıqla üz-üzə qaldıq. Demək istədiyim odur ki, bütün bu daşqın, quraqlıq və digər problemlər nəticəsində yüzlərlə insan əziyyət çəkib. Onlar evlərini itiriblər. İqlim insanların yaşayışlarına ciddi dərəcədə ziyan vurub və biz bununla bağlı bir iş görməliyik. COP29 vasitəsilə dünya liderlərinə səslənirəm və bildirmək istəyirəm ki, mənim kimi insanların qaldığı bu vəziyyətə etinasız yanaşmasınlar", - deyə o qeyd edib.

Ətraflı süjetdə:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin