İsrael Oreka: “Müstəqillik qazansaq da, hələ də avropalıların müstəmləkəçiliyi davam edir”

Hazırda oxunan: İsrael Oreka: “Müstəqillik qazansaq da, hələ də avropalıların müstəmləkəçiliyi davam edir”

220821

“İnsan hüquqları yalnız avropalılara aiddir və biz – müstəqil olduğu kağız üzərində göstərilən ölkələr – iqtisadi cəhətdən hələ də tam müstəqil deyilik. Koloniyalardan qurtulmaq istəyən ölkələr üçün çoxlu problemlər mövcuddur”.

Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə müstəmləkə ərazilərinin nümayəndələri tərəfindən yerli xalqların hüquqlarının kütləvi pozulması əleyhinə etiraz aksiyasında iştirak edən Prins İsrael Oreka deyib.

O, bütün sahələrdə azad olmaq üçün mübarizə apardıqlarını bildirib:

"Zehni olaraq da kolonial düşüncələrdən təsirlənmişik və indi bu düşüncədən xilas olmaq, tam iqtisadi müstəqilliyimizi və bütün sahələrdə azadlığımızı əldə etmək üçün mübarizə aparırıq. İstədiyimiz tərəfdaşları sərbəst seçə bilmək üçün çalışırıq.

Bu gün burada toplaşmağımızın əsas səbəbi məhz tam azadlığımız – istər iqtisadi, istərsə də təbii resurslarımız üzərində azadlığımız – uğrunda mübarizə aparmaqdır.
 

Qərb ölkələrindən olan böyük şirkətlər Afrikada fəaliyyət göstərir, fabrik və digər qurğular tikirlər ki, bu da torpaqlarımızı çirkləndirir. Nəticədə fermerlər və kəndlilər öz ərazilərində əkinçilik edə bilmirlər. Afrikada bu problemlərlə üzləşirik. Bu səbəbdən, tam müstəqil olmaq və öz tərəfdaşlarımızı sərbəst seçmək üçün mübarizə aparırıq".


Xatırladaq ki, COP29 çərçivəsində Mavi Zonada Azərbaycan təşkilatı tərəfindən həyata keçirilən birinci aksiyada müstəmləkə güclərinin istismar siyasətinin və onun ağır nəticələrinin, xüsusilə ətraf mühitə və yerli xalqların sağlamlığına vurduğu ziyanın aradan qaldırılması tələb olunub.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin